Ucnoqta.az
www.ucnoqta.az

“NATO Rusiya ilə faktiki müharibə aparır" - Peskov

13:57 - 15 Sentyabr 2025 tarixində dərc olunub.

Şimali Atlantika Alyansı faktiki olaraq Rusiyaya qarşı müharibədə iştirak edir.

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorskinin NATO-nun Rusiya ilə müharibə aparmaması ilə bağlı sözlərini şərh edərkən deyib.

"NATO Rusiya ilə müharibədədir", - Kreml nümayəndəsi vurğulayıb. “Bu, göz qabağındadır və bunun üçün əlavə sübuta ehtiyac yoxdur”, - Peskov bildirib.

Onun sözlərinə görə, Kiyevə birbaşa və dolayı dəstək verməklə “NATO faktiki olaraq bu müharibədə iştirak edir”.

Müəllif: Ucnoqta.az redaksiyası