Ucnoqta.az
www.ucnoqta.az

Bakıda balıq yarmarkası fəaliyyətə başlayıb

14:47 - 12 Sentyabr 2025 tarixində dərc olunub.

Bakıda balıq yarmarkası fəaliyyətə başlayıb.

Ucnoqta.az xəbər verir ki, yarmarka paytaxtın Nəsimi rayonunda Keşlə Balıq Bazarı (3-cü mikrorayon dairəsi yaxınlığı) ərazisində təşkil olunub.

3 gün davam edəcək yarmarkada dünyanın müxtəlif bölgələrindən gətirilən, eləcə də Xəzər dənizindən tutulan balıq və digər dəniz məhsulları alıcılara təqdim edilir.

Müəllif: Ucnoqta.az redaksiyası