2002-ci il dünya çempionatının qalibi və "Qızıl top"un sahibi Ronaldinyonun oğlu Joao Mendeş İngiltərənin "Hall" futbol klubunun gənclərdən ibarət komandası ilə müqavilə imzalayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə müqavilə bir mövsümlükdür.
Mendesin 20 yaşı var, o, İspaniya "Barselona"sının yetirməsidir, 2023-2024-cü illərdə klub sistemində çıxış edib.
Keçən mövsüm İngiltərə Burnley-nin gənclər komandasında oynadı, beş matçda bir qol vurdu və iki məhsuldar ötürmə edib.