Ucnoqta.az
www.ucnoqta.az

Trampla keçirilən tədbirlərdə təhlükəsizlik tədbirləri gücləndiriləcək

11:29 - 11 Sentyabr 2025 tarixində dərc olunub.

Ölkənin yüksək vəzifəli şəxslərinin mühafizəsinə cavabdeh olan ABŞ Gizli Xidməti Yuta ştatında mühafizəkar fəal Çarli Kirkin qətli ilə əlaqədar prezident Donald Trampla keçirilən tədbirlərdə təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Wall Street Journal (WSJ) məlumat yayıb.

Qəzetin yazdığına görə, dövlət başçısının iştirakı ilə keçiriləcək kütləvi tədbirlərdə təhlükəsizlik tədbirləri gücləndiriləcək. Bundan əvvəl Ağ Ev Vaşinqton administrasiyası rəhbərinin iş qrafikini dərc edib.
Tramp Pentaqonda 2001-ci il 11 sentyabr terror aktları qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə iştirak etmək niyyətindədir.O, Nyu-Yorkda keçiriləcək beysbol oyununda da iştirak edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası