Ucnoqta.az
www.ucnoqta.az

Sanatoriya işçisini "tok" vurub öldürdü

09:19 - 11 Sentyabr 2025 tarixində dərc olunub.

Naftalan şəhərində yerləşən sanatoriyaların birində bədbəxt hadisə baş verib.

Ucnoqta.az xəbər verir ki, “Möcüzəli Naftalan” sanatoriyasının işçisi, 1989-cu il təvəllüdlü A. Hüseynov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunub, araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası