Təranə Qumral 18 yaşı sabah tamam olacaq qızı Sevgimin toyu olacağını açıqlayıb.
Azxeber.com xəbər verir ki, o bu haqda "Tarixin bir günü" verilişində danışıb.
Sənətçi bildirib ki, qızı Sevgimi ailə dostlarının oğlu ilə evləndirəcək:
"Bizim yaxşı ailə dostlarımız var. 2015-ci ildə onlarının qızının toyunu oxumuşduq. 2025-də də onun oğlu Ömərin toyunda oxuduq. Bizim dostluğumuz davam edir və artıq qohumluğa çeviriləcək. Sevgimin sabah 18 yaşı tamam olur, bu yaxınlarda onun toyu da ola bilər. Ailə dostumuzun yaxın qohumu ilə ailə quracaq. Mən seçdiyim oğlanın imkanına baxmıram, əsas qızımı sevsin, qızıma yaxşı baxsın. Bu oğlan da çox yaxşıdır, sanki xəzinədir. Çox dəyərli insanlardılar. Amma bizim qudamız olmaq da elə asan deyil. Sevgim də oğlanı görüb, bəyənib. Xasiyyətləri də tutur. Ailələr görüşmüşük, öz aramızda da danışmışıq".