Ucnoqta.az
www.ucnoqta.az

Polşanın hava məkanına 19 PUA ilə müdaxilə edilib

12:55 - 10 Sentyabr 2025 tarixində dərc olunub.

Bir gecədə Polşanın hava məkanına 19 müdaxilə edilib.

Ucnoqta.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bildirib. Onun sözlərinə görə, xeyli sayda dron Belarusdan uçub.

Bu arada NATO Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ABŞ Hərbi Hava Qüvvələrinin generalı Aleksey Qrinkeviç bildirib ki, Alyans “müttəfiq ərazilərini müdafiə etmək bacarığı və qətiyyətini nümayiş etdirərək vəziyyətə tez və qətiyyətlə reaksiya verib”.

O əlavə edib ki, bu, ilk dəfədir ki, NATO təyyarələri müttəfiqlərin hava məkanında potensial təhlükə ilə döyüşə daxil olur.

Müəllif: Ucnoqta.az redaksiyası