Ucnoqta.az
www.ucnoqta.az

Rusiya vətəndaşlarına turist vizalarının verilməsi sərtləşdirilə bilər

15:39 - 9 Sentyabr 2025 tarixində dərc olunub.

Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin hazırlanması çərçivəsində Rusiya vətəndaşlarına turist vizalarının verilməsinə əlavə məhdudiyyətlərin tətbiqi imkanlarını nəzərdən keçirir.

Ucnoqta.az xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirmişdi ki, Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketində rusiyalı diplomatların Şengen zonası daxilində sərbəst hərəkətinə qadağa qoyula bilər. Reuters agentliyinin xəbərinə görə, Avropa Komissiyası sentyabrın 12-də baxılmaq üçün Aİ ölkələrinə 19-cu anti-Rusiya sanksiyalar paketini təklif etmək niyyətindədir.

Müəllif: Ucnoqta.az redaksiyası