Ucnoqta.az
www.ucnoqta.az

İsrail ordusu Qəzza zolağında 4 əsgərini itirdi

20:58 - 8 Sentyabr 2025 tarixində dərc olunub.

Qəzza zolağında gedən döyüşlər zamanı İsrail ordusu yeni itkilər verib.

Ucnoqta.az xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, bu dəfə dörd əsgər həlak olub. Bunlar 401-ci zirehli briqadanın üç çavuşu və hazırda şəxsiyyəti açıqlanmayan daha bir əsgərdir.

Ordu qeyd edib ki, onların hamısı Qəzza zolağının şimalında gedən döyüşlərdə həlak olub.

Müəllif: Ucnoqta.az redaksiyası