Ucnoqta.az
www.ucnoqta.az

Beyləqanda kafedə 2 nəfər güllələnib

14:17 - 6 Sentyabr 2025 tarixində dərc olunub.

Sentyabrın 6-da saat 13 radələrində Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Ucnoqta.az-a bildirilib ki, odlu silahla iki nəfər kənd sakini xasarət alıb. Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası