Ucnoqta.az
www.ucnoqta.az

Oğuzda ağacları kəsməkdə şübhəli bilinən şəxs saxlanılıb

19:44 - 5 Sentyabr 2025 tarixində dərc olunub.

Oğuz rayonunun Calut kəndində vələs və fıstıq növündən olan 12 ağacın kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Ucnoqta.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Zamir Həsənov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası