Ucnoqta.az
www.ucnoqta.az

Tramp Putin, Si Cinpin və Modinin birgə fotosunu paylaşdı - FOTO

14:24 - 5 Sentyabr 2025 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.

Ucnoqta.az xəbər verir ki, Tramp Putin, Si Cinpin və Modinin birgə fotosunu yerləşdirərək ABŞ-nin Rusiya və Hindistanı “itirdiyini” deyib.
"Deyəsən biz Hindistan və Rusiyanı dərin, qaranlıq və sirli Çin imperiyasına itirmişik". - Tramp qeyd edib.

O, Rusiya, Hindistan və Çinə birlikdə "uzun və xoşbəxt" gələcək arzulayıb.

Müəllif: Ucnoqta.az redaksiyası