Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanın FIFA referisi təyinat alıb

12:39 - 5 Sentyabr 2025 tarixində dərc olunub.

Azərbaycanın FIFA referisi Elçin Məsiyev təyinat alıb.

Ucnoqta.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, referi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Litva – Niderland oyununun baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Matçın VAR hakimləri Fransadan Benoi Millo və Metyu Vernis olacaq.

Qeyd edək ki, G qrupunun görüşü sentyabrın 7-də Kaunas şəhərində yerləşən "Daryus və Qirena" stadionunda keçiriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası