Ucnoqta.az
www.ucnoqta.az

23 nəfər zəhərlənmədən öldü

13:34 - 4 Sentyabr 2025 tarixində dərc olunub.

Son altı ay ərzində zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 644 nəfər qəbul edilib.

Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Trend-in sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib.

"Həkimlərin səylərinə baxmayaraq onlardan 23 nəfərin həyatını xilas etmək mümkün olmayıb", - deyə əlavə edib.

Müəllif: Ucnoqta.az redaksiyası