Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanın ABŞ-dakı yeni səfirinin qardaşı narkotik və silahla saxlanılıb

10:54 - 4 Sentyabr 2025 tarixində dərc olunub.

Ermənistanın ABŞ-dakı yeni səfirinin qardaşı narkotik və silahla saxlanılıb

Ucnoqta.az xəbər verir ki, bu barədə erməni sosial şəbəkə seqmentində məlumat yayılıb. Məlumata görə, Ermənistanın ABŞ-dakı səfiri vəzifəsinə bir müddət əvvəl təyin edilmiş keçmiş əmək və sosial məsələlər naziri Narek Mkrtçyanın qardaşı Mkrtiç Mkrtçyan həbs edilib. Jurnalist Suzi Badoyan xəbər verir ki, patrul əməkdaşları səfirin qardaşının üzərindən narkotik və silah aşkar ediblər.

O, gecə saatlarında 01 WM 808 dövlət nömrə nişanlı “Maserati” markalı avtomobillə saxlanılıb. 

Müəllif: Ucnoqta.az redaksiyası