Ucnoqta.az
www.ucnoqta.az

Ayaqqabının içində qızıl keçirilməsinin qarşısı alınıb - FOTO

10:51 - 4 Sentyabr 2025 tarixində dərc olunub.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən qızıl-zinət əşyalarının bəyan edilmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alınıb.

Bu barədə DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Bakı-Dubay aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarət zonasından keçərkən onun ayaqqabısının içərisində və üzərində gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 8 ədəd qızıl lövhə və 2 ədəd boyunbağı, ümumilikdə 614 qram qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası