Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada azərbaycanlı MMA döyüşçüsünə hökm oxundu

14:26 - 1 Sentyabr 2025 tarixində dərc olunub.

Peşəkar döyüşçü Cəbrayıl Əliyev qızı döyərək öldürməklə hədələdiyi üçün 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Moskva prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Cəbrayıl Əliyev xuliqanlıqda və qızı öldürməklə hədələməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli koloniyada çəkməklə 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, mənəvi zərərin əvəzi olaraq zərərçəkmişin xeyrinə 500 min rubl ödəməlidir.

İddia olunur ki, İ.Əliyev ötən il iyulun 27-də Bersenevskaya sahilindəki binanın 4-5-ci mərtəbələri arasında pilləkəndə heç bir səbəb olmadan qızı iki əli ilə itələyərək divara çırpıb. Sonra əlləri ilə onun başına ən azı 2 dəfə, həmçinin əllərinə ən azı 10 dəfə zərbə endirib. Daha sonra həmin binanın ofisində Əliyev zərərçəkmişi öldürməklə hədələyib.

Əliyev peşəkar idmançı, MMA döyüşçüsüdür, yumruq döyüşləri üzrə ixtisaslaşmış Hardcore Fighting təşkilatının turnirlərində iştirak edib.

Cəbrayıl Əliyev 1998-ci il Azərbaycanda anadan olub.

Müəllif: Ucnoqta.az redaksiyası