Ucnoqta.az
www.ucnoqta.az

Britaniya sentyabrda Fələstini tanımaq niyyətindədir

23:52 - 31 Avqust 2025 tarixində dərc olunub.

Britaniya sentyabrda Fələstin Dövlətini tanımaq planlarından əl çəkmir.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti adı açıqlanmayan britaniyalı rəsmiyə istinadən məlumat yayıb.

"Biz tanınma ilə bağlı bütün amilləri qiymətləndirəcəyik, lakin hazırda biz sentyabrda tanınma yolundayıq" dedi.

Bu mövqeyin sentyabrın 1-də Britaniya parlamentinin İcmalar Palatasında (aşağı palata) çıxışı zamanı Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi tərəfindən rəsmən təsdiqlənəcəyi gözlənilir.

Müəllif: Ucnoqta.az redaksiyası