Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanlı hakim-inspektor UEFA-dan təyinat alıb

13:36 - 28 Avqust 2025 tarixində dərc olunub.

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan təyinat alıb.

Bu barədə Ucnoqta.az-a AFFA-nın mətbuat xidmətindən bildirilib.

O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində sentyabrın 5-də keçiriləcək Bosniya və Herseqovina – İsrail görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Mostar şəhərində yerləşən "Bijelim Brijeqom" stadionunda baş tutacaq.

Müəllif: Ucnoqta.az redaksiyası