Ucnoqta.az
www.ucnoqta.az

Xırdalanda DOST Mərkəzindəki yanğın söndürülüb

17:01 - 27 Avqust 2025 tarixində dərc olunub.

Xırdalan şəhərində inzibati binada baş verən yanğın söndürülüb.

Bu barədə Ucnoqta.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində inzibati binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Qeyd edək ki, yanğın DOST Mərkəzində baş verib.

Müəllif: Ucnoqta.az redaksiyası