Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidov 76 yaşında vəfat edib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, avqustun 2-də müalicə olunduğu Mərkəzi Gömrük Hospitalında dünyasını dəyişib.
Mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Ənvər Seyidov 1949-cu il martın 29-da anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1964-cü ildən başlayan hüquqşünas səhiyyə və rabitə sahəsində müxtəlif işlərdə çalışıb. Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi, Cəlilabad Rayon Məhkəməsinin sədri vəzifəsində işləyib. 1990-cı ildən Ali Məhkəmənin, 2000-ci ildən Ağır Cinayətlərə dair Məhkəmənin, 2011-ci ildən 2019-cu ilədək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifələrində işləyib.
Hüquq elmləri doktoru, professordur.