Ucnoqta.az
www.ucnoqta.az

Cinayətdə şübhəli bilinən 32 nəfər saxlanıldı

10:37 - 30 İyul 2025 tarixində dərc olunub.

İyulun 29-da ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası