Ucnoqta.az
www.ucnoqta.az

Ağsu sakinini ilan sancıb

09:45 - 25 İyul 2025 tarixində dərc olunub.

Ağsuda ilan sancması qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Curuxlu kəndində baş verib.

Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Eyyubov Emin Heybet oğlunu ilan sancıb.

Təcili olaraq Rayon Mərkəzi Xəstəxanasına çatdırılan kənd sakininin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Müəllif: Ucnoqta.az redaksiyası