Kürdəmirdə qidadan zəhərlənən şəxslərin kimliyi məlum olub.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bunlar 28 yaşlı Qabil Şükürov, 39 yaşlı Asudə Şükürova, 28 yaşlı Famil Şükürov, 51 yaşlı Şamama Şükürova, 31 yaşlı Şəlalə Şükürova, 17 yaşlı Şəbnəm Şükürova, 5 yaşlı Əli Xəlilov və 12 yaşlı Ömər Xəlilovdur.
03:44
Kürdəmirdə zəhərlənmə hadisəsi qeydə alınıb.
APA- nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Cəyli kəndində baş verib.
Kənddəki evlərdən birində qida qəbul edən 8 nəfər zəhərlənmə şübhəsi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisənin dəqiq səbəbi məlum deyil.
Araşdırma aparılır.