Ucnoqta.az
www.ucnoqta.az

Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə təkbətək görüşdü

11:42 - 22 İyul 2025 tarixində dərc olunub.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili arasında təkbətək görüş başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli münasibətlərinin cari vəziyyəti və perspektivləri, regional məsələlər üzrə əməkdaşlıq və strateji tərəfdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunur.

Müəllif: Ucnoqta.az redaksiyası