Ucnoqta.az
www.ucnoqta.az

HƏMAS və İsrail yaxın günlərdə Qəzza üzrə saziş imzalayacaq

15:43 - 21 İyul 2025 tarixində dərc olunub.

Fələstinin HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında atəşkəs və bəzi girovların azad edilməsinə dair razılaşma yaxın günlərdə imzalanacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə radikal hərəkata yaxın olan Maan agentliyi məlumat yayıb.

Məlumata görə, müqavilə bu həftə, ən geci - gələn həftənin əvvəlində imzalanacaq və elan olunacaq.
Agentlik HƏMAS-ın Qəzza zolağında 60 gün müddətinə atəşkəs rejiminin yaradılmasını və bu müddət ərzində 10 girovun İsrail tərəfinə təhvil verilməsini nəzərdə tutan təkliflə razılaşdığını göstərir.

Müəllif: Ucnoqta.az redaksiyası