Ucnoqta.az
www.ucnoqta.az

Bu ölkə vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırdı

11:34 - 18 İyul 2025 tarixində dərc olunub.

Polşa Xarici İşlər Nazirliyi respublika vətəndaşlarına Rusiyaya getməməyi tövsiyə edib.

Ucnoqta.az xəbər verir ki, bu abrədə Polşa Xarici İşlər Nazirliyi X-də yazıb.

"Xarici İşlər Nazirliyi Ukraynadakı müharibə və Polşanı Rusiya Federasiyasının hakimiyyət orqanları tərəfindən dost olmayan dövlət kimi tanıması ilə əlaqədar Rusiyaya səfər etməyi tövsiyə etmir", - nazirlik qeyd edib.
Bildirilir ki, Rusiyadakı Polşa konsulluq işçilərinin sayının azalması ilə əlaqədar olaraq, Polşa vətəndaşlarına yardım göstərmək imkanı məhduddur.

Müəllif: Ucnoqta.az redaksiyası