Ucnoqta.az
www.ucnoqta.az

Hindistan iki ballistik raketi sınaqdan keçirib

10:14 - 18 İyul 2025 tarixində dərc olunub.

Hindistan Prithvi-II və Agni-I adlı iki qısa mənzilli ballistik raketi uğurla sınaqdan keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Müdafiə Nazirliyi mətbuata açıqlamasında bildirib.

Sınaqlar Çandipurda (Odişa ştatının şərqində) poliqonda keçirilib. Raketlər Strateji Qüvvələr Komandanlığının nəzarəti altında buraxılıb.

"Prithvi-II" və "Agni-I" Hindistanın strateji arsenalının bir hissəsidir və yüksək dəqiqliklə zərbələr endirmək üçün nəzərdə tutulub. "Prithvi-II" 0,5 ilə 1 tona qədər çəkisi olan döyüş başlığını daşıya bilir və onun uçuş məsafəsi 250 ilə 350 km arasındadır.
O, raketdən yayınma texnologiyaları ilə təchiz olunub və ən son hədəf yönləndirmə sistemindən istifadə edir. Onun mühərriki sovet zenit raketi B-755 (S-75 kompleksi) mühərriki əsasında hazırlanıb.

Agni seriyalı ballistik raketlər Hindistan Müdafiə Nazirliyinin idarə olunan raketlərinin inkişafı üzrə kompleks proqramı çərçivəsində yaradılıb.

Ölkədə dörd növ belə raket var. "Agni-I"nin uçuş məsafəsi 700 km-ə çatır.

Müəllif: Ucnoqta.az redaksiyası