Ucnoqta.az
www.ucnoqta.az

"Real Madrid" mövsümi gəlirə görə rekorda imza atdı

00:21 - 18 İyul 2025 tarixində dərc olunub.

İspaniyanın "Real Madrid" klubu bir mövsümdə futbol klublarının gəlirlərinə görə öz rekordunu qırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Real Madrid"in mətbuat xidməti məlumat yayıb.

Oyunçu transferləri nəzərə alınmadan 2024/25 mövsümü üçün gəlir 1,185 milyard avroya çatıb. Ötən mövsümün sonunda "Real Madrid" 1 milyard avro həddini keçən ilk klub oldu.

"Real Madrid" ötən mövsümün sonunda Qitələrarası Kuboku və UEFA Super Kubokunu qazanıb.
Madrid komandası İspaniya çempionatında ikinci yeri tutmuş, Klublararası Dünya Çempionatının yarımfinalına və Çempionlar Liqasının 1/4 finalına yüksəlmişdir.

Müəllif: Ucnoqta.az redaksiyası