Ucnoqta.az
www.ucnoqta.az

Qadın futbolu tarixində rekord transfer

19:44 - 17 İyul 2025 tarixində dərc olunub.

"Arsenal" qadın futbolu tarixində rekord transfer edib

Ucnoqta.az xəbər verir ki, kanadalı hücumçu Oliviya Smit rekord məbləğə "Liverpul"dan "Arsenal"a keçib.

Sky Sports-un məlumatına görə, transfer qiyməti 1 milyon funt-sterlinq (indiki məzənnə ilə 1,34 milyon dollar) təşkil edib. Bu, qadın futbolu tarixində ən bahalı müqavilədir.

Əvvəlki rekord, Çelsinin 2025-ci ilin yanvarında Amerikanın San Dieqo klubuna 890 min funt sterlinq ödədiyi Naomi Qirmə məxsus idi.

Müəllif: Ucnoqta.az redaksiyası