Ucnoqta.az
www.ucnoqta.az

Göyərtəsində 150 sərnişinin olan təyyarənin eniş zamanı şassisi partladı

16:45 - 17 İyul 2025 tarixində dərc olunub.

Yunanıstanın Rodos adasında yerləşən hava limanına eniş edən sərnişin təyyarəsi həyəcan siqnalı verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yunanıstan CNN telekanalı məlumat yayıb.

Təyyarənin eniş zamanı təkərlərindən birinin partladığı məlum olub. Nəticədə kapitan təyyarəni uçuş-enmə zolağında saxlamaq qərarına gəlib və hadisə barədə dispetçerlərə məlumat verib.

Bundan sonra o, sərnişinləri və ekipaj üzvlərini endirməyə başlayıb.

Ümumilikdə təyyarənin göyərtəsində 150-yə yaxın sərnişin olub.

Müəllif: Ucnoqta.az redaksiyası