Ucnoqta.az
www.ucnoqta.az

Britaniyada üç nəfərin DNT-si ilə səkkiz körpə doğulub

12:03 - 17 İyul 2025 tarixində dərc olunub.

Böyük Britaniyada irsi xəstəliklərin aradan qaldırılması proseduru nəticəsində üç nəfərin DNT-si ilə səkkiz körpə doğulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sky News telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, mitoxondrial donor terapiyası sayəsində son beş ildə İngiltərədə genetik mutasiya olmayan səkkiz uşaq dünyaya gəlib.

Qeyd olunur ki, prosedur xəstəliyi olan ananın embrionundan hüceyrə əmələ gəlməsinin çıxarılması və sağlam qadın donorun embrionuna köçürülməsini nəzərdə tutur.

Bildirilir ki, mitoxondrial xəstəlik, statistikaya görə, doğulan hər 5 min uşaqdan birində olur.

Mitoxondriyadakı mutasiyaların növü və sayından asılı olaraq, xəstəlik maddələr mübadiləsinə, uşağın nevrologiyasına və inkişafına təsir göstərə bilər.

Müəllif: Ucnoqta.az redaksiyası