Ucnoqta.az
www.ucnoqta.az

Futbol qaydaları ciddi şəkildə dəyişdirilə bilər

10:12 - 17 İyul 2025 tarixində dərc olunub.

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) VAR sisteminin işində, eləcə də matçlar zamanı cəzaların icrasında dəyişikliklər edə bilər.

Ucnoqta.az-ın məlumatına görə, bu barədə “Championship” “The Times” nəşrinə istinadən xəbər verir.

VAR sisteminin səlahiyyətlərinin genişləndirilməsi nəzərdən keçirilir ki, sistem künc zərbələrinin, eləcə də ikinci sarı vərəqələrin təyin edilməsinin düzgünlüyünü nəzərə alsın.
Həmçinin, penaltini yerinə yetirən komandanın qapıçı xilas etdikdən sonra təqib etməyi qadağan edən qaydanın tətbiqi təklif edilir.

Dəyişikliklər qəbul olunarsa, 2026-cı il iyunun 1-dən qüvvəyə minəcək və yeni qaydaların tətbiq olunacağı ilk turnir ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatı olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası