Ucnoqta.az
www.ucnoqta.az

Messinin rekord qıran qol seriyasına son qoyuldu

07:45 - 17 İyul 2025 tarixində dərc olunub.

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi Böyük Futbol Liqasının (MLS) müntəzəm mövsümündə "Cincinnati" ilə matçda qol vura bilməyib.

Ucnoqta.az xəbər verir ki, Messi bütün matçı meydanda keçirdi və yeddi turda ilk dəfə qol vura bilməyib. Oyun 0:3 hesabı ilə "İnter Mayami"nin məğlubiyyəti ilə yekunlaşıb.

Bundan əvvəl argentinalı ardıcıl beş matçda iki qol vuraraq, bu göstərici üzrə turnir rekorduna çevrilib. Ümumilikdə yeddi turda 11 qol vurub.

Ümumilikdə 38 yaşlı Messinin cari MLS turnirində 17 matçda 16 qolu var.

Müəllif: Ucnoqta.az redaksiyası