Ucnoqta.az
www.ucnoqta.az

Suriyanın qüvvələrini Əs-Suveydadan döyüşçüləri geri çəkir

00:17 - 17 İyul 2025 tarixində dərc olunub.

Suriya keçid hökumətinin xüsusi təyinatlıları ölkənin cənubundakı eyniadlı vilayətin inzibati mərkəzi olan Əs-Suveyda şəhərindən öz döyüşçülərini çıxarmağa başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sky News Arabia telekanalına Suriya hərbi idarəsindəki mənbə bildirib.

“Qoşunlar əldə olunmuş atəşkəs razılaşmasına uyğun olaraq Əs-Suveydanı tərk edir və polis şəhərə nəzarəti həyata keçirəcək”, - o deyib.

Mənbənin sözlərinə görə, İsrailin hücumları səbəbindən qoşunların çıxarılması əməliyyatının başa çatması ləngiyir.

Daha əvvəl Al Hadath xəbər vermişdi ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarələr Dəməşq-Əs-Suveyda magistral yolu ilə hərəkət edən təhlükəsizlik qüvvələrinin sütunlarına zərbələr endirib; bu basqının nəticələri barədə heç bir məlumat yox idi.

Müəllif: Ucnoqta.az redaksiyası