Ucnoqta.az
www.ucnoqta.az

Helikopterin qəzaya uğradığı yerdə 5 cəsəd tapılıb

11:08 - 16 İyul 2025 tarixində dərc olunub.

Xabarovsk diyarında Mi-8 qalıqlarının tapıldığı yerdə beş nəfərin cəsədi tapılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nəqliyyat üzrə İstintaq Komitəsi məlumat yayıb.

Daha əvvəl məlumat yayılmışdı ki, Oxotskdan Maqadana gedərkən itkin düşən Mi-8 helikopterinin göyərtəsində olanların hamısı qəza nəticəsində həlak olub.

Məlumata görə, helikopter təpəyə çırpılıb. 

Müəllif: Ucnoqta.az redaksiyası