Ucnoqta.az
www.ucnoqta.az

Azad edilmiş ərazilərə bu il avtobusla səfər edənlərin sayı məlum olub

14:52 - 15 İyul 2025 tarixində dərc olunub.

Azərbaycan vətəndaşlarının işğaldan azad olunmuş ərazilərə səfərləri davam etdirilir. Səfərlər müntəzəm avtobus reysləri, eləcə də şəxsi nəqliyyat vasitələri ilə həyata keçirilir. Müntəzəm avtobus reysləri ilə biletlər onlayn qaydada https://biletim.az/ portalı üzərindən əldə edilir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilir ki, bu ilin 6 ayı ərzində işğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus marşrutları ilə 3475 reys həyata keçirilib, 33 min 500 sərnişin həmin əraziləri ziyarət edib.

"Vətəndaşlar www.yolumuzqarabaga.az portalında qeydiyyatdan keçərək isə fərdi minik avtomobilləri ilə Şuşa, Laçın, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, və Suqovuşan istiqamətlərində səfər edə bilirlər. Bu ilin 6 ayı ərzində işğaldan azad olunmuş ərazilərə fərdi minik avtomobilləri səfər etmək üçün müraciət edən 1 milyon 342 min 921 nəfərə portal üzərindən icazə verilib", - qurumdan qeyd olunub.

Müəllif: Ucnoqta.az redaksiyası