Ucnoqta.az
www.ucnoqta.az

Ələt-Astara yolundakı məşhur kafenin fəaliyyəti DAYANDIRILDI

13:37 - 15 İyul 2025 tarixində dərc olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar şəhəri, Ələt-Astara magistral avtomobil yolunun 114-cü kilometrliyində fəaliyyət göstərən, fiziki şəxs Vəkil Mikayıl oğlu Ağayevə məxsus “Öz Məkan“ kafesində yoxlama keçirib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və kafenin manqal sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul olunub.

Müəllif: Ucnoqta.az redaksiyası