Ucnoqta.az
www.ucnoqta.az

Özbəkistanda 4,2 bal gücündə zəlzələ baş verib

16:07 - 14 İyul 2025 tarixində dərc olunub.

Özbəkistan ərazisində 4,2 bal gücündə zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 15:55-də qeydə alınıb. Zəlzələnin episentri Daşkənddən 532 km cənub-qərbdə, Buxara vilayətində yerləşib. 

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası