Ucnoqta.az
www.ucnoqta.az

İspaniyada 5,5 bal gücündə zəlzələ baş verib

10:48 - 14 İyul 2025 tarixində dərc olunub.

İspaniya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Coğrafiya İnstitutunun məlumatında deyilir.

Məlumata görə, yeraltı təkanların episentri krallığın cənub-şərqində, Palos burnu yaxınlığında Aralıq dənizində olub.

Zəlzələnin ocağı təxminən 2 km dərinlikdə yerləşib. 

 Tələfat və dağıntılar barədə məlumat verilməyib

Müəllif: Ucnoqta.az redaksiyası