Ucnoqta.az
www.ucnoqta.az

Bakıda yol qəzası olub, tıxac yaranıb

12:58 - 13 İyul 2025 tarixində dərc olunub.

Bakıda yol-nəqliyyat hadisəsi avtomobillərin hərəkətində sıxlığın yaranmasına səbəb olub.

Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən Mərdəkan şosesi istiqamətində sıxlıq yaranıb. Polis əməkdaşları tərəfindən nəqliyyat sıxlığının aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

Müəllif: Ucnoqta.az redaksiyası