Ucnoqta.az
www.ucnoqta.az

Çimərliyə gedənlərin nəzərinə

12:35 - 13 İyul 2025 tarixində dərc olunub.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyulun 14-də zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası