Ucnoqta.az
www.ucnoqta.az

87 yaşlı kişini "tok" vurub öldürdü

10:33 - 12 İyul 2025 tarixində dərc olunub.

Şəkidə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Ucnoqta.az xəbər verir ki, rayonun Turan qəsəbə sakini 1938-ci il təvəllüdlü Abbas Qafarovu elektrik cərəyanı vuraraq öldürüb.

Belə ki, 87 yaşlı kişi yaşadığı evin həyətində su mühərrikindən istifadə edərkən ehtiyatsızlıqdan onu cərəyan vurub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası