Ucnoqta.az
www.ucnoqta.az

Bir həftə əvvəl toyu olan qadını ərinin gözü qarşısında ildırım vurdu

00:01 - 11 İyul 2025 tarixində dərc olunub.

Hondurasda toydan bir həftə sonra qadını ərinin gözü qarşısında ildırım vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Need To Know (NTK) məlumat yayıb.

Faciəvi hadisə iyulun 5-i şənbə günü Omoa bələdiyyəsində baş verib. 23 yaşlı Stefani Lucero Elvir və onun seçdiyi Kristian Samir Alvarez Molina Tequsiqalpadan iyunun 28-də evlənərək bal ayı üçün Omoaya gediblər.

Yeni evlənənlər çimərlikdə vaxt keçirərkən tufan qopub. Molina Elvirin şəkillərini çəkərkən ona ildırım düşüb. Zərərçəkənlər təcili olaraq xəstəxanaya çatdırılıb. Molina ciddi xəsarətlər alsa da, sağ qalıb. Həkimlər Elviri xilas edə bilməyiblər. Yaxınları onun çox mehriban və rəğbətli insan olduğunu, toya az qalmış ali təhsil aldığını bildiriblər.

Hadisədən əvvəl Omoa səlahiyyətliləri iyulun 5-i və 6-da havanın potensial təhlükəli olacağı barədə xəbərdarlıq etmişdilər.

Müəllif: Ucnoqta.az redaksiyası