Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə evdən tibb bacısının meyiti tapılıb

15:42 - 10 İyul 2025 tarixində dərc olunub.

Gəncədə evdən tibb bacısının meyiti tapılıb.

Ucnoqta.az xəbər verir ki, hadisə şəhərin İsrafil Məmmədov küçəsində qeydə alınıb.

Belə ki, sözügedən ünvanda yaşayan 1965-ci il təvəllüdlü S. Cəfərovanın meyiti yaxınları tərəfindən aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Ölümün səbəbləri araşdırılır.

Məlumata görə S.Cəfərova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanasında tibb bacısı işləyib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası