ABŞ prezidenti Donald Trampa sui-qəsddən sonra ABŞ Məxfi Xidmətinin 6 əməkdaşı işdən uzaqlaşdırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə iyulun 10-da ABC məlumat yayıb.
Telekanal departamentin rəsmi nümayəndəsinə istinadən xəbər verir ki, “ABŞ Məxfi Xidmətinin altı agenti keçən il Pensilvaniya ştatının Butler şəhərində o vaxtkı prezidentliyə namizəd Donald Trampın həyatına sui-qəsd cəhdi ilə bağlı nöqsanlara görə fəaliyyəti dayandırılıb”.
Bildirilir ki, qurumda kadr dəyişiklikləribir il əvvəl iyulun 13-də baş vermiş sui-qəsdin ildönümündə təsdiqlənib.