Ucnoqta.az
www.ucnoqta.az

Astaranın 4 kəndində qaz olmayacaq

13:41 - 9 İyul 2025 tarixində dərc olunub.

İyulun 11-də Astara rayonunun 4 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə Ucnoqta.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, Astara rayonu ərazisində yerləşən “Ərçivan” qaz paylayıcı stansiyasından qidalanan və Səncərədi-Alaşa kəndlərini təbii qazla təmin edən, uzunluğu 2 100 metr olan orta təzyiqli qaz kəmərinin kipliyə sınağı keçiriləcək.

Bu məqsədlə iyulun 11-də saat 10:00-dan başlayaraq işlər başa çatanadək Səncərədi, Alaşa, Züngüləş və Bəndəsər kəndləri də daxil olmaqla ümumilikdə 4 yaşayış məntəqəsində 650 abonentin qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası