Ucnoqta.az
www.ucnoqta.az

Bəşir Süleymanlının həbs müddəti uzadılıb

12:47 - 9 İyul 2025 tarixində dərc olunub.

“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

APA xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində təqdimata baxılıb.

Məhkəmə təqdimatı təmin edib və Bəşir Süleymanlı barəsində olan həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.

Qeyd edək ki, Bəşir Süleymanlı bu ilin mart ayında saxlanılıb və ona Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Müəllif: Ucnoqta.az redaksiyası