Ucnoqta.az
www.ucnoqta.az

Qvatemalada silsilə zəlzələlər nəticəsində iki nəfər ölüb

07:56 - 9 İyul 2025 tarixində dərc olunub.

Çərşənbə axşamı Qvatemalada baş verən silsilə zəlzələlər nəticəsində ən azı iki nəfər ölüb, 300-dən çox insan yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qvatemala Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Koordinasiya Komitəsi X-də məlumat yayıb.

Məlumata görə, ilkin olaraq yeraltı təkanlar nəticəsində 2 nəfər ölüb, 324 nəfər xəsarət alıb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.
43 binaya ciddi ziyan dəyib.

Müəllif: Ucnoqta.az redaksiyası