Ucnoqta.az
www.ucnoqta.az

ABŞ Rusiya vətəndaşı olan erməni və şirkətinə sanksiya tətbiq edib

00:18 - 9 İyul 2025 tarixində dərc olunub.

ABŞ kibercinayətkarlıqla mübarizə bəhanəsi ilə iki Rusiya və KXDR vətəndaşına və bu iki ölkədə yerləşən dörd firmaya qarşı sanksiyalar tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, ABŞ məhdudiyyətləri Rusiya vətəndaşı Qayk Asatryana, eləcə də KXDR vətəndaşı Sonq Kum Hyoka tətbiq edib.

Bundan əlavə, Rusiyanın “Asatryan” və “Fortuna” firmalarına, həmçinin KXDR-də yerləşən “Korea Saenal Trading Corporation” və “Korea Songkwang Trading General Corporation”a qarşı sanksiyalar tətbiq edilib.

Müəllif: Ucnoqta.az redaksiyası